Özünü hazircavab sayırsan ?

Language: Azeri   Türkce   Russian
Fikir yaza bilmek üçün qeydiyyatdan keçin.
KGB (2011-08-10 22:19)
Hazırcavablılıq, hər mühitdə, hər suala anında cavab verə bilmə, deyiləcək söz tapa bilmədiyinizdə belə mühiti ölüm səssizliyindən qurtaracaq cümlələri meydana gətirə bilmə qabiliyyətidir. Təsirli bir ünsiyyətçi olmaq istəyirsiniz. Fikirlərlə dolusunuz. Danışmağa çalışdığınızda bütün cümlələriniz bir ədib və ya şairin sətirləri kimi epiqrama bənzəməyə bilər. Danışma əsnasında hər cümlənin sözlərinin belə məna zənginliyinin bir parçası olması mümkün olmaya bilər. Belə vəziyyətdə əsl əhəmiyyətli olan fasiləsiz danışmağa davam edə bilməkdir.


Dünyadakı hazırcavablar və onların cavabları


1. Sokrat və həyat yoldaşı heç cür yaxşı dolana bilməzlərmiş. Bir gün yoldaşı Sokrata ağzına gələni deyir. Baxır ki, əri heç bir reaksiya vermir; bir vedrə suyu götürüb başından aşağı boşaldır. Sokrat çox sakit bir şəkildə:
- Bu qədər göy gurultusundan sonra bir yağış onsuz da gözləyirdim - deyir. ))))

2. Bir gün Əflatun, tələbələrindən birini qumar oynayarkən tutur və şiddətlə danlayıır. Tələbəsi:
- Yaxşı, amma mən çox az bir pula oynayırdım - deyə etiraz edən zaman Əflatun cavab verir:
- Mən səni itirdiyin pul üçün deyil, itirdiyin zaman üçün danlayıram. ))

3. Dünya nemətlərinə əhəmiyyət verməyən yaşayış və fəlsəfəsiylə məşhur olan filosof Diogen, bir gün çox dar bir küçədə zənginliyindən başqa heç bir şeyi olmayan qürurlu bir adamla qarşılaşır. İkisindən biri kənara çəkilmədikcə keçmək mümkün deyil. Məğrur zəngin, xor gördüyü filosofa:
- Mən bir avaranın qarşısından kənara çəkilmərəm - deyir.
Diogen kənara çəkilərək çox sakitcə cavab verir:
- Mən çəkilərəm. ))

4. Məşhur bir filosofa:
- Sərvət ayaqlarınızın altında olduğu halda niyə bu qədər kasıbsınız? - deyə soruşulduğunda:
- Ona çatmaq üçün əyilmək lazımdır ona görə - deyir. )

5. Qulaqlarının böyüklüyü ilə məşhur Galileyə rəqiblərindən biri:
- Qulaqlarınız, bir insan üçün bir az böyük deyilmi?
Galiley:
- Doğrudur - deyir, Mənim qulaqlarım bir insan üçün bir az böyükdür amma, səninkilər bir eşşək üçün çox kiçik deyil? ))

6. Bir yığıncaqda, bir gənc Məmməd Akifi hörmətdən salmaq istəyir:
- Bağışlayın, siz baytarsınızmı?
Məmməd Akif heç kefini pozmadan belə deyir:
- Bəli, bir yerinizmi ağrıyırdı?


Bəs siz necə? Özünüzü hazırcavab hesab edirsiniz?
Valencia (2011-08-12 16:49)
Teessufki, yox.Men $ahmatist insanam.Mene verilen her suala cavab vermek ucun ister-istemez du$unurem.
Cavab | Sitat
Elya (2011-08-12 17:20)
Hazircvb dorem. Muhiti olum sessizliyinnen qurtarmagi hech bacarmiram :( . . . Biride mem yadima duwdu yazim: bir gun telebe bufetde oturmaga yer qalmadigin gorub Professorun masasina oturur. Qaw qabagni token Pr:Okuzlerle quwlar eyni masada oturmaz diyir. Telebe:Onda men uchdum. . Cvba eseblewen Pr imtahan gunu chaliwir ki,hemen telebe zeif qiymet alsin. Ama telebe butun suallara mukemmel cvb verir. Pr axirinci sualimida verirem mentiqle cvb versen qiymet alasan diyir. . 2 xurcun verseler, birinde agil birinde pul. Hansini sechersen? Telebe diyir pulu. Pr:men ama agili secherdim. Telebe:tebii haldi,kimde ne chatmir onu goturer :) Pr eseblewib qiymet kitabchasina okuz yazir. Telebe chole chixir biraz sora sinfe daxil olur: hormetli Prof.r qiymet kitabchama imzanizi atmisiz ama qiymet yazmagi unutmusuz)))
Cavab | Sitat
KGB (2011-08-12 22:14)
Valencia, sahmatist olmazsan idmanist olarsan :D
Cavab | Sitat
Bilirsense danis,ilham alsinlar...Bilmirsense sus, insan saysinlar!!!
KGB (2011-08-12 22:15)
Elya, tskr maragli fikirlerincun :) heqiqetende cox guldum ::
Cavab | Sitat
Bilirsense danis,ilham alsinlar...Bilmirsense sus, insan saysinlar!!!
alice (2011-08-31 14:32)
Demiremki ccoxda hazircavabam amma herden sonradan aglima ele yaxsi fikir gelirki anam deyirki "muselmanin sonraki agli" deyirler guya yevrreyler bizi buna gore qisqanirlar. Amma herden zarafatnan bir adami ele otuzdurmusamki amma gerek birinci men basdiyimeee
Cavab | Sitat
KGB (2011-09-05 22:46)
alice, hazircavab deyilsene sen coxdanisansan )))
Cavab | Sitat
Bilirsense danis,ilham alsinlar...Bilmirsense sus, insan saysinlar!!!
Neznakomka (2012-01-16 11:31)
Hakli oldugum her sohbetde kimi nece lazimdi baglayiram.esas da budur menceee
Cavab | Sitat
saxara (2012-02-19 13:00)
He bele deyirler. Amma o qeder de xowadigim cehet deyil. Hazircavab olmaq mutleq agil gostericisi deyil. Esas odurki, cavabin mentiqli olsun. Ne geldi soz demek xztirine daniwmaga ne var ki..
Cavab | Sitat
Heart** (2012-02-19 13:05)
sozum varsa yerinde deyirem..:)men olan yerde sakitlik mumkun deyil:P
Cavab | Sitat
RoYaLaRi ReaLLaSdiRmaGiN eN YaXsI YoLu OyaNmaQdiR...
AY-- (2012-04-18 23:57)
Hec vaxt heckimi cavabsiz qoymaram bacariram ve bu xowuma gelir.
Cavab | Sitat
[1] 2 3 >>
Fikir yaza bilmek üçün qeydiyyatdan keçin.
Facebookda paylaş
« Forum | « Forum mövzular
Ana sehife

owap.su